“Həftənin bir günü velosipedlə hərəkət etsinlər” - ÇAĞIRIŞ

Paytaxtda mikromobillik infrastrukturu inkişaf etdirilir. Yeni velosiped zolaqları çəkilir, mikromobillik vasitələri üçün yol şəbəkəsi genişləndirilir. Lakin bir müddətdir ictimaiyyət arasında mikromobillik vasitələri üçün ayrılmış xüsusi zolaqların avtomobillərin, avtobusların hərəkətinə mane olması, sıxlıq yaratması barədə fikirlər səsləndirilir. Bildirilir ki, velosiped zolaqları var, amma sürən yoxdur. Millət vəkillərindən də belə fikirlər eşitmək mümkündür, Azərbaycanda velosiped sürmək ənənəsinin formalaşmadığını deyənlər var. Qısası, velosiped yollarını digər nəqliyyat vasitələrinin hərəkəti üçün bir növ maneə kimi görənlər var.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında deyib ki, Azərbaycanda velosiped sürmək ənənəsi var. R.Ağamirzəyevin sözlərinə görə hətta bəzi bölgələrdə velosipeddən geniş istifadə olunur:
“Balakən, Astara, Naxçıvanda çəkilmiş kadrlara baxanda bu fikirlərə əks arqumentlərin olduğunu görürük. Düşünürəm ki, bu fikirlər skeptiklərin fikirləridir. Sadəcə şərait yoxdur, etiraf etmək lazımdır ki, bu illər ərzində velosipeddən geniş istifadə edilməsini təşviq etmək üçün kifayət qədər iş görməmişik. Azərbaycanda bu günə qədər velosipedə əyləncə kimi baxılıb, bulvarın bir küncündə velosiped sürənlər üçün şərait yaradılmışdı. Amma sevindirici haldır ki, artıq velosiped şəhərimizdə mikromobillik vasitəsi kimi təşəkkül tapmağa başlayıb”.
Ekspert şəhər küçələrində velosipedçilərin sayının durmadan artdığını söyləyib:
“Veloicarənin sayı onu göstərir ki, velosipedi olmayan insanlar gün ərzində bu xidmətdən nə qədər çox istifadə edirlər. Nəzərə alaq ki, paytaxtda təmir-tikinti işləri hələ tam bitməyib. Velosiped zolaqları çəkilsə də, müəyyən hissələrdə təmir səbəbindən bağlanıb. Düşünürəm ki, bu işlər bitəndən sonra kəsintisiz veloşəbəkənin 1-ci mərhələsi təmin olunacaq. Bu günə qədər çox soyuq və isti havalarda velosiped sürməyin mümkünsüzlüyündən danışırdılar, relyefin əlverişsiz olduğunu deyirdilər. Amma Azərbaycan nə uzaq şimal ölkəsidir, nə də tropik. Mülayim hava şəraitinin mövcud olduğu bir ölkədir, Paytaxtın Yasamal ərazisi bir qədər hündürlükdə yerləşir. Riskləri azaltmaq üçün elektrikli velosipedləri istifadəyə vermək olar, digər xüsusi həllər var bunun üçün. Dünyada bunun nümənələri çoxdur”.
R.Ağamirzəyevin fikrincə, şəbəkələşmə, tikinti işləri bitəndən sonra təbliğat, maarifləndirmə işlərinə başlanılmalıdır:
“Yaxşı olardı ki, dövlət və özəl sektorda işləyən gənclər bu trendə qoşulsunlar, gediş-gəlişdə velosipeddən istifadə etsinlər. Şəhər nəqliyyatında velosipedin önəmli payı olmalıdır. Düşünürəm ki, yaxın illərdə biz velosipeddən istifadənin statistikasında artım dinamikası görəcəyik. Hətta bizim millət vəkilləri də hədftənin bir günü velosipedlə hərəkət etsinlər. “Parlament” prospektində Milli Məclisin qarşısına kimi velozolaq çəkilib. Düşünürəm ki, bu özü də bir mesajdır”.
(demokrat.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










