Hüquqlarını bilən sürücü belə olur: polisləri susdurdu - VİDEO

Ukraynada sürücü yol polisinə «hörməti» başa salıb. Avtosfer.az-ın təqdim etdiyi bu videoda yol polislərinin sürücülərlə kobud davranışı əks olunub. Ancaq videodakı sürücü heç də hər sürücü kimi hüququnu bilməyən biri kimi susmayıb. Sürücü, onu saxlayan inspektorla danışarkən kənardan müdaxilə edən, «Maşından tullan» kimi ifadələr işlədən, sürücünün saxlanılmasını tələb edən, ancaq səbəbini özü də bilməyən xüsusi təyinatlı patrul xidmətinin digər işçisinə yol polisinin sürücülərlə bu cür kobud davranmaqda haqqının olmadığını başa salıb.
Yeri gəlmişkən, bu sürücünün bundan əvvəl də bir videosunu yaymışdıq. Həmin videoda isə sürücü yol polislərinin onu nədən saxladığını soruşarkən paqonlular aciz qalıb susmuşdular. Buna görə də sürücü yerindəcə onlardan şikayət ərizəsi yazıb prokurorluğu vermişdi.
Bu dəfə də öz hüquq və vəzifələrini bilən və ona qarşı kobud davranılmasını qəbul etməyən sürücü yol polisinə hörmət etməyin nə demək olduğunu başa sala bilib. Həmin videonu təqdim etməkdə məqsədimiz odur ki, Azərbaycanda bəzi sürücülər bundan dərs götürsün. Çünki bizim sürücülər nədənsə yol polisinə kəllə atıb təhqir etməyə üstünlük verirlər. Amma hüquqlarını bilən, qanunlara hörmət edən sürücü hətta qanunu pozan yol polisini necə lazımdır başa salır. Gəlin, hüquq və vəzifələrimizi öyrənək ki, boş yerə yol polisini döyüb, üstünə benzin töküb yandırmadan sadəcə haqqımızı tələb edək. Elə bu videodakı sürücü kimi…
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










