İki uşağın ölümünə səbəb olan avtobus sürücüsünə İ8 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ikisi uşaq olmaqla 3 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Heydərovun cinayət işi məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsirullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə P. Heydərov 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə bu il 14 iyul tarixində Suraxanı rayonu, Hövsan-Zığ yolunda baş verib. Pərviz Heydərov idarə etdiyi “İSUZU” markalı maşınla, 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı maşın toqquşub. Nəticədə, Pərviz Ağayev və maşınında olan sərnişinlər – 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov yerindəcə keçiniblər. Uşaqların anası 36 yaşlı Könül Əhmədova və “İsuzu” markalı avtomobilin sürücüsü Pərviz Heydərov xəstəxanaya yerləşdiriliblər. Aparılan araşdırma zamanı Pərviz Heydərov yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydasını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












