İnsanlara mane olan FOBİYA – Qorxulara necə qalib gəlmək olar?

İnsanlar sağlamlığını, pulunu, vəzifəsini, işini, özünə olan sayğı və sevgini itirə biləcəyini bilir və ona uyğun davranır. Bu səbəbdən insanı qorxuları idarə edir ifadəsi tez-tez işlədilir. Yəni nəyisə itirmək qorxusu insan davranışlarını, həyat tərzini təyin edir. Fobiya isə insanın idarə eləyə bilmədiyi qorxudur. Hansısa durumdan, insandan, heyvandan, hətta əşyadan, sözdən belə həddən artıq qorxan insanlar var. Hər bir fobiyanın elmi adı mövcuddur. Fobiyalar insanlar üçün ciddi təhlükə yaratmasa da, insan təkbaşına onun öhdəsindən gəlmək gücünə qadir deyil. Bəzi fobiyalar var ki, insanların işinə, həyat tərzinə, əyləncəsinə mane olur.
Bəs fobiya hansı yaşda və nədən yaranır? Qorxulara necə qalib gəlmək olar?
Avtosfer.az xəbər verir ki, mövzuyla bağlı “Bizim.Media”ya danışan ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib ki, uşaqlarda fobiya daha çox anaların təşvişindən yaranır:
“Təhlükəli nüanslardan çəkindirən qorxu insanı qoruyan qorxudur. Amma uşaq və yeniyetmədə həddən artıq qorxu varsa, bu artıq fobiyadır. Ailələrin, ən çox da anaların təşvişli münasibətindən uşaqlarda fobiyalar yarana bilir. Fobiyalar zamanında psixokorreksiya olunmursa, bu, gələcəkdə böyük fobiyalara səbəb olur. Həmin şəxslər sosiallıqdan çəkinirlər, yəni uşaq və yeniyetməlikdə yaranan fobiya antisosial davranış pozuntusuna qədər gətirib çıxarır. Fobiyalar insanın məntiqə varmadığı, düzgün təhlil etmədiyi, fərqinə varmadığı nüans və düşüncələrdən yaranır”.
Psixoloq bildirib ki, belə qorxuların öhdəsindən psixoterapiya sayəsində gəlmək mümkündür:
“Bu, mütləq şəkildə psixokorreksiya olunmalıdır, əgər bir uşaq sosiallığa can atmırsa, çəkingən, utancaqdırsa, gecə qorxuları varsa, bunların onda həyəcan pozuntusu, panikatak, digər sinir xəstəlikləri yaratmaması üçün yeniyetməlik yaşına qədər psixoloq müayinəsindən keçməlidirş Bu cür insanlar psixoterapiya nəticəsində sağlamlıqlarına qovuşa bilərlər”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










