Köhnə avtobuslar yenilənəndə sürücüləri də DƏYİŞİR? - AÇIQLAMA

Köhnə və istismara yararsız avtobusların dəyişib yerinə daha rahat, müasir tipli avtobusların xəttə buraxılması sərnişinləri sevindirən hallardan biridir. Çünki avtobusların daxili və xarici görünüşünün təmiz olması ilk növbədə sərnişinlərin rahatlığı deməkdir.
Maraqlıdır, avtobuslar və yaxud daşıyıcı şirkət yenilənəndə onun sürücüləri də dəyişir?
Mövzu ilə bağlı açıqlamasında “BakuBus” MMC-dən bildirilib ki, qurum tərəfindən yeni marşrut xətlərinin istismarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mütamadi olaraq keçirilən müsabiqələrdə iştirak vasitəsilə həyata keçirilir:
“BakuBus” müsabiqənin qalibi olduğu halda həmin xətt “BakuBus”-ın istismarına verilir. Qalib olduğumuz xəttin mövcud sürücüləri ilə birbaşa işçi münasibətlərində olmadığımız üşün onların iş yerləri ilə bağlı qərarlar üçün məsuliyyət daşımırıq”.
Əsmər Əliyeva qeyd edib ki, avtobus dəyişdikdə sürücülərin iş yerlərilə bağlı məsuliyyət daşıyıcı şirkətə aid olmur:
“Həmin xəttin sürücüləri şirkətdə çalışmaq istəyi ilə müraciət edərsə, onların müraciəti mövcud prosedurlar çərçivəsində dəyərləndirilir. Belə ki, hər bir sürücü “BakuBus” MMC-də işə qəbul olunmaq üçün təyin olunmuş bütün daxili qaydalar və tələb olunan prosedurları keçməlidirlər. Sürücülər müvafiq təlim və sınaq mərhələlərindən uğurla keçdikdən sonra, “BakuBus” MMC-də işə qəbul olunma imkanı əldə edirlər”, - deyə qurum rəsmisi əlavə edib.
(bizim.media)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










