“London” taksilərin aqibəti göstərir ki, vəsaitləri elə-belə xərcləmək olmaz”

Bir vaxtlar az qala Bakının simvoluna çevrilən və “badımcan” taksilər kimi tanınan “London Taxi TX4” taksilərin indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilməsi günlərdir, müzakirə mövzusudur. Hazırda gündəmdə “pomidor” ləqəbi ilə məşhurlaşan Çin istehsalı olan elektrik mühərrikli “TX5” markalı taksilərdir. “London” taksilərinin qarajda saxlanılmasını şərh edənlər bildirirlər ki, “TX5”i də “badımcanların” taleyi gözləyir...
Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında deyib ki, məsələ müzakirə olunmalı, faydalı hansısa variantlar varsa, həllini tapmalıdır.

“Təəssüf ki, bir çox məsələlər bizdə əvvəlcədən ictimai müzakirədən keçmir. Nəticədə isə belə problemlər yaşanır və xoşagələn hal deyil. Hər halda "London" taksilərin aqibəti göstərir ki, vəsaitləri elə-belə xərcləmək olmaz. İndiki taksilərlə bağlı siyasət müzakirə olunmalı, faydalı tərəfləri barədə mütəxəssislər geniş fikirlərini, rəylərini bildirməlidirlər ki, sonra hansısa şəkildə yenə narahatlıq yaşanmasın. Təəssüf ki, biz buna hələ nail ola bilmirik. Ümid edək ki, bu dəfə daha doğru, optimal qərar qəbul olunar, büdcə vəsaitlərinin daha məqsədyönlü xərclənməsinin şahidi olarıq”, - deputat bildirib.
(pravda.az)

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












