“Manat yarımdan 3.15-ə qədər yüksəlib” - Taksidə qiymətlər

"COP29-dan sonra taksi qiymətlərinin bahalaşması ehtimalı var. Çünki tədbir zamanı və ya sonrasında şəhərdəki nəqliyyat sıxlığının artması, ekoloji standartlara uyğun yeni avtomobillərin istifadəyə verilməsi və ümumi iqtisadi amillər qiymətlərin artmasına təsir edə bilər".
Avtosfer.az “Milli.az”a istinadla xəbər verir ki, bunu nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O bildirib ki, taksilərlə bağlı bir çox yeniliklər həyata keçirilib ki, taksilər daha keyfiyyətli və təhlükəsiz olsun. Bununla yanaşı, Azərbaycanda taksi qiymətləri 2 dəfə artırılıb:
"1.50 qəpikdən 3.15 qəpiyə qədər yüksəlib. Bu, sahibkarlar üçün əslində yaxşı bir fürsətdir. Onlar bu qazancı yeni avtomobillər almağa sərf edə bilərlər".
Bəs COP29-dan sonra taksi qiymətləri bahalaşacaq?
Ekspert qeyd edib ki, hazırda COP29 tədbirləri ilə bağlı taksi çatışmazlığı müşahidə edilmir, amma tədbir öncəsi belə bir problem var idi və sonrakı dövrlərdə də bu vəziyyətin yaranması istisna deyil. Taksi çatışmazlığının yaranması qiymət artımına da təsirsiz ötüşməyəci gözlənilir.
"Bu ilin sonuna qədər və ya gələn il ərzində sahibkarlar və bəzi şirkətlər ekoloji cəhətdən təmiz avtomobillər gətirəcəklər. Artıq bu prosesə başlanılıb və taksi xidməti getdikcə daha keyfiyyətli olacaq".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










