“Məmur övladları «avtoş»luğu qəhrəmanlıq sayır”

«Azərbaycan cəmiyyəti bəzi məmur övladlarının «avtoş»luq etməsi ilə bağlı xəbərləri indi-indi əldə etsə də, əslində onlar çoxdan bu işlə məşğul olur». Bu sözləri Editor.az-a açıqlamasında Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı söyləyib. Onun sözlərinə görə, əvvəllər qudurğan məmur övladları «avtoş» videolarını fəxrlə sosial şəbəkələrdə yayardılar: “Bunlar maşınla hoqqabazlıq etməyi özləri üçün prestij sayırlar. Ən dəhşətlisi isə odur ki, Cənab Prezident İlham Əliyevin sərt xəbərdarlığından sonra da həmin məmur balaları öz çirkin vərdişlərindən əl çəkmirlər. Xüsusən məmur övladları, qohumları, sahibkar balaları «avtoş»luq edirlər. Onlar yol hərəkəti qaydalarına riayət etmək əvəzinə, onu pozmağı qəhrəmanlıq sayırlar. Əslində, inanmaq olmaz ki, hər hansı məmur öz övladına «avtoş»luq etməyi tövsiyyə etsin. Onlar bu hərəkətləri ilə valideynlərinin də başını aşağı edirlər. Bu gün Azərbaycanda təhsili, səviyyəsi, intekllekti ilə valideyninin üzünü ağ edən, cəmiyyətə örnək sayılacaq məmur övladları var. Amma əsas üstünlük tüfeyli həyat tərzi keçirən məmur övladlarının tərəfindədir. Buna isə yalnız təəssüflənmək olar. Əslində hər bir məmur övladı öz rəftarı ilə həm valideynlərinə, həm də cəmiyyətə örnək olmalı, ümumilikdə məmurlar haqqında müsbət fikir formalaşdırmalıdır. Son dövrlər bu sahədə bir sərtləşmə hiss olunur. Artıq məmur övladları da qanunu pozmağın cəzasını anlayır, qanunun yaratdığı məsuliyyətdən xilas ola bilmirlər. Əgər bu olmasaydı, bu sahədə vəziyyət daha dözülməz olardı”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












