Metroda birinci və axırıncı vaqonlarda niyə həmişə sıxlıq olur?

Bakı Metropolitenində səhər və axşam saatlarında olan sıxlığı ayrıca təsvir etməyə ehtiyac yoxdur. Metrodan istifadə edən də, etməyən də vəziyyətdən agahdır.
Yuxarıda dediyim fikir Yaşıl və Qırmızı xətlərə aiddir. Bənövşəyi xətdə isə interval böyük olsa da, ifrat sərnişin sıxlığı yoxdur. Amma pik saatlarında digər xətlərdə gördüyümüz vəziyyət burada da kiçik formada təkrarlanır.
Yeddivaqonlu qatarda orta vaqonlara günün istənilən saatında asanlıqla minib-düşmək olur. Lakin birinci vaqonun ilk, axırıncı vaqonun son qapısı qarşısında hər axşam sözün həqiqi mənasında basabas yaranır. Avtovağzal stansiyasına gedən sərnişinlər hamısı sonuncu vaqona minmək istədiyi üçün ciddi sıxlıq yaranır, qatar yubanır. Dəfələrlə şahidi olmuşam ki, sonuncu qapıdan minə bilməyən sərnişinlər əlavə 8 dəqiqə gözləməli olublar. Halbuki, həmin vaxt orta vaqonlarda 15-20 sərnişin olub.
Bu vəziyyətə görə metropoliteni qınamaq doğru deyil. Kiminsə 50 metr artıq yol qət etmək istəməməsi pik saatlarında metropolitenin onsuz da ağır olan işini çətinləşdirir.
Müəllif: Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












