Nəqliyyat Nazirliyi tramplinləri sökməyə başladı – VİDEO

Bir neçə gün öncə Avtosfer.az saytında yollarda sürücülərə yaradılan süni maneə – tramplinlər barədə yazmışdıq. Qeyd etmişdik ki, yollarda quraşdırılan bu qurğuların heç bir qanuna uyğun deyil. Xüsusən də, asfaltdan, betondan və kəndirdən hazırlanan maneələrin qanunda heç bir adı yoxdur. Bu bir yana, rezin və dəmir qarışıq maneələr barəsində də «Yol hərəkəti haqqında» qanunda nəsə yazılmayıb. Rusiyada bu qurğular yol nişanları qrupuna aid edilib və tətbiq edilir. Çünki bəzi hallarda sürücüləri sürət həddini aşağı salmağa yalnız bu qurğuların köməyi ilə məcbur etmək mümkün olur. Amma Azərbaycan qanunvericiliyində bu sahədə boşluq var. Vətəndaşların, daha dəqiq desək, sürücülərin haqlı narazılığına səbəb olan bu qurğuların artması, yola yaxın əraziələrdə yaşayanların harada gəldi kustar üsulla süni maneələr yaratması avtomobilə çox ciddi ziyan vurur. Ən çox da amartizasiya sistemi sıradan çıxır.
Avtosfer.az-ın bu sahədə aparıdığı araşdırmalar zamanı ortaya çıxan biabırçı mənzərə artıq Nəqliyyat Nazirliyini hərəkətə gətirib. Əməkdaşımız son günlər paytaxt küçələrində Nəqliyyat Nazirliyinin əməkdaşlarının traktor gətizdirib həmin maneələri uçurduğunun şahidi olub. Belə proseslərdən biri Səbail rayonunda əməkdaşımızın kamerasına həkk olunub. Göründüyü kimi, NN-in əməkdaşları qrup halında yolları gəzərək bu cür maneələri aşkar edirlər. Ardınca isə traktor çağırıb onu sökürlər. Maraqlısı budur ki, nazirliyin əməkdaşları maneə söküləndən sonra asfalt üzərində yaranan çala-çökək vəziyyəti aradan qaldırmadan, asfalt vurmadan oradan uzaqlaşırlar. Yəni, «qaş düzəltdikləri yerdə göz çıxarırlar». Bəzən isə asfalt qırıntılarını da orada tərgedib gedirlər.
Əməkdaşımızla söhbətində nazirliyin əməkdaşı bildirib ki, paytaxtın bütün küçə və prospektlərində bu cür süni maneələrin hamısı söküləcək. Çünki onların qanunsuz quraşdırıldığı ortaya çıxıb. Nazirlik əməkdaşı onu da əlavə edib ki, hələlik yalnız asfaltdan, betondan və kəndirdən ibarət maneələr sökülür.
Hər halda, sevinirik ki, gec də olsa Nəqliyyat Nazirliyi yollardakı təhlükələrdən birinin fərqinə vardı. Uğurlar…
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












