Ölkəyə "leş" gəlib, "bez kraska" adı ilə satılan avtomobillər - ALDANA BİLƏRSİNİZ - VİDEO

Bir müddət öncə gömrüyün həyətində xarici ölkələrdən yararsız vəziyyətdə gətirilmiş avtomobillərin görüntüləri müzakirə səbəb olmuşdu.
Avtosfer.az xəbər verir ki, el arasında "leş" adlanan bu maşınların ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə gətirilməsi narazılıq yaratmışdı.
İzləyicilər şərhlərdə "Belə maşınlar Bakıya niyə gətirilir?" , "Bir- iki ay sonra "bezkraska" adı ilə satacaqlar", "Alverçilər Bakının avtomobil bazarını zibilliyə döndəriblər" tipli şərhlər yazıblar.
Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.
Bəs bu maşınlar hansı məqsədlə gətirilir?
Ekspert Eldəniz Cəfərov bildirib ki, bu modellər əsasən ölkəyə ehtiyat hissəsi kimi gəlir. Elə avtomobil markaları və modelləri var ki, artıq istehsal olunmur. Ona görə dünyanın hər bir yerində ölkəyə belə maşınlar idxal olunur. Düzdü, bəzən insanlar bu tip modelləri tək ehtiyat hissəsi kimi deyil, həm də təmir edib istifadə edirlər. Bu maşınların yenidən təmir olunub vətəndaşın aldadılması isə artıq problemdir.
Bəs vətəndaş necə aldanmasın?
Ekspert bildirib ki, bununla bağlı ölkədə vahid bir portal olmalıdır. Bu portalda ölkəyə idxal olunan avtomobillər hansı vəziyyətdədirsə, o portal vasitəsi ile tanış ola bilerler. Daha sonra avtomobili alan şəxs o portal vasitəsi ilə avtomobilin ilkin versiyasından hazırki versiyasına kimi məlumatları ilə tanış ola bilərlər.
Mənbə: "milli.az"
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












