Qeyri-adekvat davranış sərgiləyən taksi sürücüsü ilə bağlı şirkətdən AÇIQLAMA – VİDEO (YENİLƏNİB)

"Bolt" şirkəti sükan arxasında qeyri-adekvat davranışlar sərgiləyən sürücü ilə bağlı açıqlama yayıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə şirkətdən “Baku.ws”ə bildirilib ki, "Bolt" şirkəti sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması üçün mütəmadi məlumatlandırma aparır.
"Qeyd olunan mövzu ilə bağlı araşdırma aparılıb. Sürücü qaydalara uyğun xidmət göstərib və işə başlamazdan əvvəl narkoloji dispanserdən etibarlı sənəd təqdim edib.
Video yayımlandıqdan sonra, dövlət polisi tərəfindən təkrar narkoloji müayinə keçirilib və nəticədə heç bir narkotik maddə aşkar olunmayıb.
Bolt şirkəti sürücü ilə qaydalara riayət və təhlükəsizlik mövzusunda söhbət aparıb və ona xəbərdarlıq edib ki, sağlamlıq problemi sürmə qabiliyyətinə təsir etdiyi halda xidmət göstərilməsi qadağandır", - deyə məlumatda qeyd olunub.
**
Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Baku.ws”in "qaynar xətti"nə daxil olub.
Sərnişinin sözlərinə görə hadisə ötən il dekabrın 27-də baş verib.
Belə ki, taksi şirkətlərindən birinə aid 77-RY-169 dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol-hərəkət qaydalarını pozub.
"5 dəqiqəlik yolda 5-6 dəfə qayda pozdu. "Saxla" deməyimə baxmayaraq maşını saxlamadı", - deyə sərnişin bildirib.
Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.
Sözügedən kadrları təqdim edirik:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










