Sükan arxasında SMS yazanlara bəd xəbər

ABŞ-ın “ComSonics” şirkəti polislərə uzaq məsafədən sükan arxasında SMS yazan sürücüləri müəyyən etməyə imkan verəcək qurğu yaradıb. Avtosfer.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, qurğu xarici görünüşünə görə adi radardan seçilmir və onun iş prinsipi çətin deyil: cihaz SMS göndərilən zaman telefonu şüalandıran xüsusi tezlik radiodalğalarını müəyyən edərək ekrana daxil edir və bundan sonra polisə yalnız sürücünü saxlamaq və ya onun avtomobilinin nömrəsini yazmaq qalır. Növbəti ildə satışa çıxarılması planlaşdırılan yeni radar SMS-i məhz kimin – sürücü və ya sərnişinin yazmasını da müəyyən edir. Bu, polisə qaydanı pozanları saxlamağa və onları cərimə etməyə imkan verəcək. Radardan istifadənin başlanmasını yubadan amillərdən biri sürücünün telefonundan trafikin izlənməsinin şəxsi həyata müdaxilə olub-olmaması ilə bağlı olan məsələdir. Xatırladaq ki, alimlər sübut ediblər ki, avtomobili idarə edərkən SMS bildirişin yazılması reaksiyanı xeyli zəiflədir, eləcə də yolunun trayektoriyasının dəyişdirilməsi və toqquşma ehtimalını iki dəfə artırır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












