Sürücülər dayanma-durmaya görə HAQSIZ CƏRİMƏLƏNİR - EKSPERT

Azərbaycanda yol hərəkəti ilə bağlı bəzi qaydalar və cərimələr sürücülər tərəfindən narazılıqla qarşılanır. Bir çox sürücü dayanma-durmaya görə və bəzi yollarda sürət həddinə görə yazılan cərimələrin ədalətsiz olduğunu düşünür.
Bu halda hansı tədbirlər görülməlidir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirdi ki, istər park etmə ilə bağlı, istər sürət həddinin aşması ilə bağlı müəyyən texniki qurğuların, nişanların yerləşdirilməsində, sürücülərin ümumi imkanları, onlar üçün yaradılan şərait mütləq nəzərə alınmalıdır:
"Məsələn, Bakı-Qazax yolunun sağ-solunda bəzi yerlər var ki, orada dayanma-durmaya görə sürücülərə cərimələr gəlir. Hansısa bir yol qırağında ticarətlə məşğul olanın - balıq satanın, meyvə satanın və s. yanında, yolun tamamilə kənarında dayanırsa, həmin adamlara dayanma-durmaya görə cərimə tətbiq olunur. Yaxud avtobus yolları sonuncu zolağa girməyə imkan vermir, amma sərnişini düşürmək üçün ya sürücü məcburdur ki, avtobus zolağına keçsin, ancaq cərimələnəcək, ya da ikinci zolaqda tələm-tələsik sərnişini düşürməlidir ki, yenə də cərimə tətbiq olunur. Bu durum təkcə Bakıda deyil, ölkə ərazisində xeyli çətinləşib".

Ekspert qeyd etdi ki, bəzi uzun məsafəli yollarda baxmayaraq ki, sağ-solda yaşayış yeri yoxdur, yenə də sürət həddi normadan aşağı olur:
"Magistral yolların özlərində də bu problem var. Məsələn, Bakı-Sabirabad, İmişli, Beyləqan istiqamətində hərəkətdə qəsəbələr içində 50 km/saat sürət həddi qoyulmuş ərazilər var, hansı ki, ya bir tərəfi kanallarla bağlanıb, digər tərəfində isə yaşayış yoxdur. Belə çox uzun bir məsafədə sürət həddinin 50-yə endirilməsi məqsədəuyğun görünmür. Ən azı orada sürət həddini 60-70 də etmək olardı. Paytaxtda maksimal sürət həddi 60 olaraq müəyyənləşib və optimaldır. Yaxşı olar ki, sürücülərimiz sürət həddini aşmasınlar. Amma dayanma-durma ilə bağlı xeyli problem var ki, həm vətəndaşların haqlı olaraq narazılığına, həm də ədalətsiz olaraq cərimələndirilməsinə gətirib çıxarır".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











