“Sürücülərin yaşadıqları evlərin yaxınlığında avtomobillərini ödənişsiz parklama hüququ var” - AÇIQLAMA

Yol kənarında avtomobil saxlayanların polis tərəfindən cərimə olunması məsələsi müzakirə edilir. Bildirlir ki, qanunvericiliyə əsasən, yaşadığın, qeydiyyatda olduğun yerin 100 metrliyində maşın saxlaya bilərsən və buna görə heç bir cərimə tətbiqi yoxdur. Halbuki bəzi sürücülər bilmir deyə dəfələrlə cərimə yazılır.
Vəkil Turan Abdullazadə açıqlamasında məsələnin qanuni tərəflərini izah edib.
Onun sözlərinə görə, Nazi̇rlər Kabi̇neti̇ni̇n qərari ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası”nda qeyd olunur ki, “parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar” dedikdə təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar başa düşülür: “Həmin qaydaların 2.1-ci maddəsində qeyd olunub ki, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayırır. NK-nın tədiqlədiyi qaydaların növbəti bəndlərinə əsasən, fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. Qeyd olunanlardan görünür ki, həqiqətən də, vətəndaşların öz yaşadıqları evlərin yaxınlığında avtomobilini ödənişsiz parklama hüququ var. Lakin bu hüquqdan istifadə etmək üçün vətəndaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməli, “Azparking” mobil tətbiqində qeydiyyatdan keçməli, fərdi parklanma talonu almalıdır. Əgər qeydiyyatdan keçməyiblərsə, evlərinin yaxınlığı da olsa, sistem həmin ərazidə sakin kimi yaşayan vətəndaşın avtomobilini təsbit edə bilmir və cərimə yazır”.
(pravda.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












