Taksi sürücülərini qarşıda görün nə gözləyir? - EKSPERT AÇIQLADI

Ölkəmizdə fəaliyyət göstərən taksi sürücüləri 1 iyul 2024-cü il tarixindən etibarən etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlığa cəlb olunurlar. Dövlət İmtahan Mərkəzi tərəfindən bundan öncə üç dəfə baş tutan imtahanların növbətisi noyabrın 3-də həyata keçiriləcək. İmtahanda iştirak etmək üçün 774 nəfər qeydiyyatdan keçib.
Bəs taksi sürücülərinin imtahan edilməsi nəqliyyat sistemində nəyi dəyişəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Lent.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, artıq taksi fəaliyyəti ilə bağlı müəyyən tədbirlər planı həyata keçirilir, tələblər irəli sürülür:
“Qanunvericilikdə də bu barədə xüsusi maddələr nəzərdə tutulub. Taksi sürücüləri üçün nəzərdə tutulmuş tələblərdən biri onların təlimlərdə iştirakıdır. Təlimlər əsasən taksi sürücülərinin sərnişinlərlə davranış qaydaları, həmçinin avtomobilə nəzarət kimi üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı keçirilir. Bəzi şəxsi nəqliyyat vasitəsi ilə taksi xidməti göstərən vətəndaşlar istədikləri kimi idarə edə biləcəklərini düşünürdülər. Lakin təlimlərdə sürücülərə müştəri məmnuniyyəti, sərnişinlə, o cümlədən, avtomobil ilə necə rəftar etməli olduqları aşılanır”.
Onun sözlərinə görə, sürücülərin təlimlərdə öyrədilənlərin nə dərəcədə mənimsədiyini bilmək üçün imtahanların keçirilməsi məqsədəuyğundur.
Ekspert hesab edir ki, bu imtahanlardan uğurla keçən taksi sürücülərinin xidmətində gözlə görüləcək dərəcədə dəyişikliyin şahidi olacağıq.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










