Taksi xidməti tənəzzül edə bilər? - Alternativləri xeyli artır

İctimai nəqliyyatın müxtəlif seqmentlərində aparılan optimallaşdırma tədbirlərindən sonra taksilərdən istifadə xeyli azalıb. Vətəndaşların bir çoxu artıq daha bahalı olan taksi xidməti yerinə avtobuslardan istifadəyə üstünlük verir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ötən ilin statistikası da taksidən istifadənin azaldığını göstərir:
"Bunun əsas 2 səbəbi var. Birincisi, taksi qiymətləri yüksəlib. İkincisi, ictimai nəqliyyatın avtobus seqmenti daha yaxşılaşıb. Marşurta buraxılan avtobus sayı artırılıb və mövcud marşrutlar optimallaşdırılıb. İctimai nəqliyyatın əlçatanlığı artıqca taksiyə olan tələb də azalıb. Metrodan istifadə etmək isə hər bir vətəndaş üçün heç də asan deyil. Çünki metroda ciddi sıxlıq var və buna tab gətirmək lazımdır. Digər tərəfdən, qatarlar arasında olan intervallar da xeyli çoxdur. Buna görə də metrodan istifadə edən vətəndaşların da bir qismi avtobuslara üstünlük verir".
Ekspert qeyd edib ki, yeni nəsil yerli istehsal elektrobuslardan istifadə ölkənin bütün ərazisində ictimai nəqliyyatın keyfiyyətini xeyli artıracaq:
"Hazırda marşrut xətləri optimallaşdırılır və nəqliyyat vasitələri xətlərə buraxılır. Ötən ilin sentyabrından etibarən bu proses davam edir. Söhbət burada yeni avtobusların gətirilməsi və qarajlarda mövcud olan avtobusların yenidən təmir olunub marşurta buraxılmasından gedir. Böyük bir nailiyyət kimi onu qeyd etmək lazımdır ki, artıq ölkəyə elektrobuslar gətirilməklə yanaşı, ölkəmizdə də istehsal olunacaq. 2025-ci ilin sonralarında öz istehsalımız olan elektrobusların hesabına nəinki Bakının, digər şəhərlərin də ictimai nəqliyyatını avtobuslarla təmin etmək mümkün olacaq. Belə olduqda isə vətəndaş daha çox ictimai nəqliyyata üstünlük verəcək".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












