Taksilərə kamera və ödəniş terminalları niyə qoyulmayıb? - EKSPERT

Taksilərdə kameraların, məlumat lövhələrinin quraşdırılması ilə bağlı qanunlar olmasına baxmayaraq, hələ də taksilərdə bu mənzərə ilə qarşılaşmırıq. Hərçənd bu maddənin daxil olduğu qanun çoxdan qüvvəyə minib.
Bəs nə üçün taksilərdə kameraların quraşdırılması ertələnib?
Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev açıqlamasında bildirdi ki, taksi fəaliyyətilə bağlı qoyulan tələblərin tam üstünə düşməyiblər və ya tam icrası təmin edilməyib:
"Hazırda taksi sifariş verdikdə yenə də baxırsan köhnə taksi gəlir, sürücülər, yaxud nəqliyyat vasitələri tələb olunan qaydada deyil. Eyni zamanda içəridə müəyyən məlumatverici lövhə olmalıdır və orada sürücünün adı, soyadı qeyd olunmalıdır. Həmçinin taksidə kamera və ödəniş terminalı olmalıdır. Təəssüf ki, onların hələ heç birini görmürük. Bunun səbəbi isə islahatların tədricən həyata keçirilməsidir. Düşünürəm ki, bu tələbləri formalaşdırana qədər müəyyən vaxt lazımdır. Yəni tez bir zamanda bütün bunların hamısını həyata keçirmək qeyri-mümkündür. Mən də şahidəm ki, hazırda qoyulan tələblərin çoxusu yerinə yetirilmir. Sifariş verilən taksi ilə gələn nəqliyyat vasitəsi tamamilə fərqli olur".
Ekspert qeyd etdi ki, hazırda taksi sürücülərinin fəaliyyətinə ciddi şəkildə nəzarət olunmur.
(redaktor.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










