Tıxac və cərimə maşınların sayını azaldır?

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Milli Məclisdə nəqliyyat vasitələri ilə bağlı nəzərdə tutulan bir sıra cərimələrin məbləği artırıldı.
Artımlar əsasən, dayanma-durma, parklanma, işıqforda hərəkət və səkilərlə əlaqədar cərimələrlə bağlı olub. Cərimələrin artırılması sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib.
Bəzi sürücülər mövcud artıma kəskin etiraz edərək, cərimələrin onsuz da çox olduğunu və bu artımın vəziyyəti daha da ağırlaşdıracağını bildirib. Xüsusən avtomobillərin intensiv şəkildə hərəkət etdiyi paytaxt yollarında qayda pozuntusundan yayınmaq demək olar ki, mümkün deyil. Bəziləri cərimələrdəki artımın və tıxacın avtomobil bazarında da təsirsiz ötüşməyəcəyini deyir. Yüksək məbləğli cərimələrin və tıxacların fonunda, bəzi vətəndaşların avtomobil almaq fikrindən daşındığı, hətta bəzilərinin avtomobillərini satmaq qərarına gəldikləri iddia olunur.
Maraqlıdır, bu ehtimal nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, maşın bazarına tıxac, yaxud cərimələrin yüksək olması təsir etmir:
"Qeyd edim ki, hazırda Azərbaycanda maşın bazarında uzun müddətdir fəallıq yoxdur. Qiymətlər isə sabitdir. Məhz avtomobil bazarında vəziyyətin belə olmasının səbəbi isə alıcılıq qabiliyyətinin azalmasıdır".
(Cebheinfo)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










