Tıxac zamanı keçirilən stress xroniki xəstəliyə səbəb olur? - Həkim AÇIQLADI

İnsanlar gün ərzində müxtəlif səbəblərdən əsəb keçirirlər. Bu səbəblər sırasına yollarda tıxac zamanı yaranmış gərginliyi də əlavə edə bilərik.
Stress insan həyatına necə təsir edir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında nevroloq Durna Ələkbərova bildirdi ki, stress orqanizmin dəyişən xarici mühit amilinə qarşı cavab reaksiyasıdır. Onun sözlərinə görə, orqanizm dəyişən xarici mühit amilinə qarşı endokrin metabolik və davranış sistemində müəyyən dəyişikliklər olmaqla cavab verir.
"Yəni xarici mühitdə hər hansı bir faktor bizə təsir edirsə, orqanizm həmin faktora qarşı cavab verir. Stress 2 cür olur: Qısa müddətli və xroniki stress. Qısa müddətli stress, yəni təhlükə anında orqanizmdə yaranan bir vəziyyətdir. Xroniki stress isə təhlükə anlarına neqativ faktorların uzun müddətli təsiri nəticəsində orqanizmin düşdüyü bir durumdur.
İnsan hər gün eyni tıxacla, eyni emosional gərginliklə rastlaşırsa, artıq xroniki stressə gətirib çıxarır. Bu da astenik sindromuna, nevrotik sindroma, emosional tükənmə sindromuna gətirib çıxarır və nəticədə gərginlik yaranır. Artıq biz öz işimizə gərgin vəziyyətdə gəlirik, gün rejimimiz də ona uyğun tənzimlənir və bu faktorun uzun müddət təsir etməsi nəticəsində yorğunluq yaranır. Biz bu yorğunluğa xroniki yorğunluq sindromu deyirik. Xroniki yorğunluq yaranandan sonra bunu müalicə etmək məcburiyyətində qalırıq".

Durna Ələkbərova qeyd etdi ki, insan stress, əsəb faktoruna adi yanaşsaqda, xroniki yorğunluq nəticəsində həkimdən asılı vəziyyətdə qalır.
"Əvvəl bitki tərkibli sakitləşdiricilər, daha sonra dərman tərkibli antidepresantlara qədər gedib çıxırıq. Buna görə də orqanizmi maksimum dərəcə də qorumaq lazımdır. Bir az laqeyd yanaşmaq, hər şeyin çox ziddinə getmək lazım deyil", - deyə həkim insanlara belə məsləhət verdi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












