Vaqonda yaşayan kimsəsiz kuryer: "Bizi adam yerinə qoymurlar" - VİDEO

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, proqramın budəfəki qəhrəmanı şəhərin ən bahalı yerində vaqonda yaşayan kimsəsiz Saleh Həsənov olub. Uşaq evində böyüdüyünü söyləyən S.Həsənov bildirib ki, 13 ildən çoxdur vaqonda qalır:
"32 yaşım var, uşaq evində böyümüşəm. 8 il orada oxumuşam. Atam 2024-cü ilin fevralın 8-də dünyasını dəyişib. O da bu vaqonda yaşayırdı. Anamla atam mən uşaq ikən ayrılıblar, səbəbini isə bilmirəm. Bir bacım var, amma onunla əlaqəm yoxdur. Anam bacımı götürüb gedib, məni isə atam böyüdüb. O, dostunun məsləhəti ilə məni internata qoyub ki, təhsil alım. Amma hər dəfə tətil olanda məni götürüb yanına gətirirdi, onunla qalırdım. Atamla münasibətim çox yaxşı idi. O dünyasını dəyişəndən həyatdan küsmüşəm. İndi-indi özümə gəlirəm".
S.Həsənovun sözlərinə görə, sevdiyi qız evi olmadığı üçün onu tərk edib:
"Evsiz olduğuma görə ailə həyatı qura bilmədim, çox qız məndən üz döndərdi. Sevdiyim qız var idi, ev probleminə görə onunla da alınmadı. Çox istəyirəm ki, bir evim olsun. Bunun üçün gecə-gündüz dua edirəm".
Kuryer işlədiyini söyləyən S.Həsənov bəzi müştərilərin onunla pis davrandığını deyib:
"Çatdırılma edəndə müştərinin qapısını döydüm ki, sifarişi təhvil alsın. Mənə "qapını döyərək niyə narahat edirsən?!" dedi. Başqa bir müştəri isə ünvana çatdığım zaman "qardaş, gözlə, hamama girim, çimim" deyib. Bəzi müştərilər çox aqressiv danışırlar. Bizi adam yerinə qoymayanlar çoxdur".
Ətraflı Baku TV-nin süjetində:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










