Xalq istədiyi yerə, mənzil başına zamanında çatacaq, tıxacda qalmayacaq - AÇIQLAMA

Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək.
Bəs Bakıda dəyişən iş qrafiki nəqliyyat sıxlığını, tıxacları azalda biləcəkmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor.az"a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, dəyişkən iş qrafiki ilə bağlı müəyyən ilkin razılaşmalar var:
"08:00, 09:00, 10:00 saatlarından iş başlayacaq. Müxtəlif iş yerlərinin xüsusiyyətinə görə bu dəyişir. İnsanlar çalışdıqları iş yerlərinə 1 saat zaman fərqi ilə və hissə-hissə gedəcəklər. Belə düşünək, bir anda bütün ölkə boyu saat 09:00 müəyyənləşibsə, o zaman 09:00 saatında hər kəs işə çatmaq üçün saat 08:00-da hərəkətlənməyə başlayır. İş 08:00 saatında müəyyənləşibsə işə çatmaq üçün 07:00-da hərəkətlənəcək. Bu isə tıxaca səbəb olardı".

Ekspertin sözlərinə görə, iş qrafikinin dəyişkən qrafikə keçirilməsi düzgün addımdır.
"İnsanlar həm də mənzil başına çatdıqda dayanacaqlar. İstər ictimai nəqliyyatdan istifadə edənlər, istər şəxsi nəqliyyatdan, beləliklə bu 1 saat zaman fərqi kifayət qədər imkan yaradacaq. Şəhər infrastrukturuna, prospektlərin yüklənməsinin qarşısının alınmasına köməklik göstərəcək. Gözləntimiz bundan ibarətdir ki, dəyişkən iş qrafikinə keçdikdən sonra müəyyən mənada tıxacların azalmasının şahidi olacağıq. Xalq istədiyi yerə, mənzil başına zamanında çatacaq. İşlə bağlı narahatçılıq yaranmayacaq və tıxacda qalmayacaqlar. Bu da zaman qənaətinə gətirib çıxaracaq"- deyə İlqar Hüseynov bildirdi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












