Yeni il yolkası neçəyə BAŞA GƏLİR? - VİDEO

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ictimai yerlərdə deyil, evlərdə də həvəslə bəzədilir. Hər il olduğu kimi, bu il də müxtəlif mağaza və onlayn satış platformalarında müxtəlif ölçülərdə və fərqli qiymətlərdə yolkalara və bəzək aksesuarlarına gəlmək mümkündür.
Bəs qiymətlər necədir?
Avtosfer.az xəbər verir ki, stolüstü suvenir yolkalar 3 manatdan 9 manata, digərləri isə hündürlüyünə görə 35 manatdan 150 manat və daha baha qiymətlərə təklif olunur.
Satıcılar deyirlər ki, ötən illə müqayisədə bəzi yolkaların qiymətində 25-30 faiz artım var.
Məsələn, ötən il 1.20 metr ölçüdə olan bayram yolkası ötən bayram öncəsi minimum 90-100 manata satıldığı halda, bu il 150-200 manat arasında dəyişir. Bu qiymət süni (plastik) ağaclara aiddir. Əsl yolkalarda isə 1 metr 50 santimetrədək olan ölçülərin qiymətləri ən az 400-450 manatdır. Yolka üçün bəzək aksesuarları da fərqli qiymətlərədir.
Alıcılar arasında isə qiymətdən razı qalanı da, narazı olanı da var. Mağazaların bir çoxunda qiymətlərin bundan sonra ciddi dərəcədə artmayacağını deyirlər.
Daha ətraflı videomaterialda:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












