Banner

Yol hərəkətinin təşkilində biabırçılıq – GİZLİ ÖZBAŞINAZLIQ - FOTO

Yazarlar 26 Dekabr 2014 22:41 Oxunub 2432
Yol hərəkətinin təşkilində biabırçılıq – GİZLİ ÖZBAŞINAZLIQ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda mərkəzi yolda hərəkət dəyişir, amma DYP-nin və digər təşkilatların bundan xəbəri yoxdur

Bu gün Yasamal rayonu ərazisində baş vermiş dəhşətli tıxacın səbəbi «Qələbə» meydanında aparılan təmir işləri imiş. Artıq həmin ərazidə yolun açıldığı bildirilir. Lakin «Qələbə» meydanında başqa problem meydana gəlib. Belə ki, dairəvi hərəkətin ləğv edilməsi, Abdulvahab Salamzadə küçəsindən – Nəqliyyat Nazirliyi tərəfdən gələn yolun «Baş yol» olması, dairəyə digər istiqamətlərdən «Yol verin» nişanlarının quraşdırılması iki gün əvvəl baş versə də, bundan heç kimin xəbəri yoxdur.

Bu gün Avtosfer.az-ın əməkdaşı Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb və məlum olub ki, onların yol nişanlarının dəyişdirilməsindən, hərəkətin başqa cür tənzimlənməsindən xəbəri yoxdur. Nəqliyya Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev də əvvəlcə bu barədə məlumatsız olduğunu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin də bununla maraqlandığını deyib. Sonrakı danışığımzda isə P.Mürsəliyev dedi ki, yolda təmir işləri gedir. «Qələbə» dairəsindən «20 Yanvar»a gedən yol bağlanıb və istiqamət Nəqliyyat Nazirliyi tərəfə yönəldilib. Yəni, sürücülər «20 Yanvar»a getmək üçün Nazirliyin binasının şimal tərəfində körpünün altından arxaya “Qələbə” meydanı tərəfə dönüb geri qayıtmalıdırlar. 

Maraqlıdır ki, gün ərzində həmin ərazidə saatlarla və kilometrlərlə tıxac yaranıb, lakin aidiyyatı qurumların heç birinin bundan xəbəri olmayıb. Yalnız Avtosfer.az  bu barədə xəbər yayandan sonra əl-ayağa düşüblər. Birincisi, yolun bağlanması, təmir işləri aparılması barədə əvvəlcədən məlumat verilməlidir. Bunu etməyiblər. İkincisi isə orada həm DYP-nin, həm də NİİM-in kameraları var. Necə olur ki, kameralarda həmin ərazidə tıxac yarandığı görsənməyib?(!)

İşin maraqlı tərəfi budur ki, «Yol hərəkəti haqqında» qanunun 61-ci maddəsinin 10-cu və 11-ci hissələrində aydın şəkildə qeyd edilir ki, yollarda hər hansı yol nişanının quraşdırılması, dəyişdirilməsi yalnız Yol Hərkəti Təhlükəsizliyi Komissiyanın qərarı ilə edilə bilər. Komissiyanın yol nişanlırının quraşdırılması və dəyişdirilməsi barədə qərarı isə Dövlət Yol Polisi tərəfindən icra edilməlidir. Yəni nişanları yollara DYP-dən başqa heç kəs quraşdıra və ya mövcud nişanları dəyişə bilməz . Yol nişanlarının qaydasında olmasına nəzarət də DYP-yə həvalə olunub. Amma Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, «Qələbə» meydanında hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi, yeni nişanlarının quraşdırılması Nəqliyyat Nazirliyinə aid qurumlar tərəfindən həyata keçirilib. Bununla belə, həmin işi necə ediblərsə, Nəqliyyat Nazirliyinin tabeliyində olan iki qurumun – «Azəryolservis» ASC-nin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bundan xəbəri olmayıb. Üstəlik, Dövlət Yol Polisinə də məlumat verilmədiyi üçün sürücülər saatlarla tıxacda qalmalı olublar. 

Ümumiyyətlə, həmin ərazidə «Baş yol»un A.Salamzadə küçəsi olması doğru yanaşma deyil. Çünki Zərdabi küçəsində və və Mətbuat prospektində də nəqliyyat axını güclüdür. Ən yaxşı yanaşma «Qələbə» meydanında dairəvini ləğv edərək svetoforla nizamlanmaya üstünlük verilməsi olardı.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh