Yol qəzalarında niyə kişilər daha çox ölür? - AÇIQLAMA

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yol nəqliyyat hadisələri zamanı daha çox kişilərin ölməsinin mühüm səbəbini açıqlayıb. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, Bakı şəhərində yol qəzalarında ölən kişilər qadınlardan 3 dəfə çoxdur: «Bunun başlıca səbəblərin aşağıdakılar olduğunu hesab edirəm:
1. Yollarda istər sürücü, istərsə də sərnişin və piyada qismində kişilərin daha çox olması;
2. Kişi sürücü və kişi piyadaların sərxoş vəziyyətdə yola çıxması hallarının daha çox olması;
3. İstər qadın sürücülərin, istərsə də qadın piyadaların daha diqqətli və daha ehtiyatlı olması (təəssüf ki, bəziləri qadınların belə diqqət və ehtiyatlılığını səhv olaraq onların təcrübəsizliyi sayırlar);
və ən maraqlı səbəb;
4. Çoxluq təşkil edən kişi sürücülər qadın sürücülərə və qadın piyadalara daha həssas yanaşırlar, nəticdə qadınlar daha az zərər çəkirlər».
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












