Yollarda artan ölümlər: Ölən günahkardır, yoxsa öldürən?

Son iki gündə 9 piyadavurma hadisəsi olub.
Belə ki, bu hadisələr 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnib. Artan nəqliyyat hadisələrinin səbəbi təkcə sürət həddini aşmaqdan deyil , həm də piyada səhlənkarlığından baş verir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Cebheinfo"ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, ümumilikdə piyadavurmaların sayının artması narahatlıq doğuran haldır:

"Bunlar qeyri-adi hadisə deyil, adamlar göz görə-görə özlərini maşınların altına atırlar, keçidlərdən istifadə etmirlər, qırmızı işıqda hərəkət edirlər. Görüntü məhdud olan ərazidə qəflətən maşının qarşısına çıxırlar. Bu insanlar təhlükəsizliklərinə laqeyd yanaşırlar, nəticədə ağır qəzalar baş verir. Qayda pozan piyadaların sayı da azalmır, əksi baş verir".
O bildirib ki, inzibati metodlarla bu məsələyə nəzarət olunmalıdır:
"Cərimələr tətbiq edilməlidir. Yol nəqliyyat hadisələr zamanı sürücüləri günahlandırdıqları kimi, piyadalar da məsuliyyətə cəlb edilməlidir. Axı hər hadisədə sürücü günahkar deyil. İndi elə dövr gəlib çatıb ki, piyadalar arasında avtomobildən qorxu yoxdur, heç belə narahat da olmurlar. Özlərini yolun ortasına atırlar, elə də hərəkət edirlər ki, maşın dayanmalı və onlara yol verməlidir. Amma başa düşmürlər ki, bu texnikadır, dayanmaya bilər, başqa problemlər ortaya çıxa bilər, əyləc tutmasa, vurub öldürəcək. Amma sən şüurlu insansan, necə olur ki, bu maşını görməzdən gəlirsən? Bu təhlükəni dərk etmək çox önəmlidir, insanlarımız buna ciddi yanaşmalıdır".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










