Yollarımızda düzgün işıqlandırma qurulmayıb - PROBLEM

Yazarlar 15 Oktyabr 2024 16:04 Oxunub 362
Yollarımızda düzgün işıqlandırma qurulmayıb - PROBLEM
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstər magistral, istərsə də köməkçi yollarda işıqlandırma sisteminin düzgün qurulmamısı piyadaların təhlükəsizliyi baxımından ciddi problemlər yaradır.

Yolların niyə lazımi səviyyədə işıqlandırılmır, buna kim cavabdehdir?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı

bildirib ki, illərdir ölkə rəhbərliyi tərəfindən yolların dünya standartlarına uyğun işıqlandırılması üçün göstəriş verilir, amma görülməsi lazım işlər ləng gedir.

“Bütün yolların - qəsəbədaxili, məhəllədaxili, Bakıdan rayonlara çəkilən yolların hamısının işıqlandırılması nəzərdə tutulsa da, yerli icra orqanları bu işi çox ləng həyata keçirir, məsələnin həlli həmin qurumlara maraqlı deyil, görünür icra orqanları bu barədə iş görmək istəmirlər”.

E.Muradlı deyib ki, yolların işıqlandırılması təhlükəsizlik baxımından çox önəmlidir və il boyu yollarda işıqlandırmanın zəif olması ciddi ölüm hallarına səbəb olur.

“Yol hərəkəti təhlükəsizliyinin ən vacib elementlərindən biri düzgün işıqlandırılmadır, yol nə qədər işıqlı olsa bir o qədər qəza riski azalır. Yollarda işıq sisteminin olmaması və ya düzgün qurulmaması görüntü məsafəsini azaldır, yetərli işıqlandırma olmadıqda sürücünün diqqəti dağılır, piyadaların təlükəsizliyi tam qorunmur, sürücülərin yolun nasazlığını dəyərləndirməsi çətinləşir.  Günün qaranlıq saatlarında baş verən yol nəqliyyat hadisələrinin təhlilinə nəzər yetirsək görərik ki, başlıca problem işıqlandırmadır. İşıqlandırma olmadığına görə sürücülər idarəetməni itirir və qəzalar baş verir, nəticədə hər ay onlarla insan həyatını itirir”.

“Hazırda Azərbaycanda yolların işıqlandırılması normadan çox aşağı səviyədədir. İcra orqanları başa düşsə ki, bu kimi problemlər ciddi ölüm hallarına səbəb olur, bəlkə ondan sonra iş görülər. Amma hər gün ən azı bir adamın bu səbəbdən ölümü belə göstərir ki, biz çox gecikirik. Ümumi mənzərəyə də baxsaq görərik ki, ölkədə qəzaların əsas səbəbi məhz bu problemdir. Hər bir qəza xəbəri cavabdeh qurumlar üçün SOS siqnalı olmalıdır” - deyə o, sonda vurğulayıb.

(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh