Banner

Yük avtomobilləri şəhərin mərkəzində əlavə problem yaradır

Yazarlar 25 Dekabr 2014 20:33 Oxunub 2688
Yük avtomobilləri şəhərin mərkəzində əlavə problem yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Onlar yalnız bu qrafik çərçivəsində şəhərə buraxıla bilər»

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Biləcəri qəsəbəsində Yüksək sürətlə hərəkət edən "Shagman" marklı yük maşını körpüdən keçərkən ilişib. Maşın körpünü dağıda-dağıda bir neçə metr gedib və aşıb. Nəticədə yük maşınında olan qum və çınqıl yola dağılıb. Nəticədə yolda uzunmüddətli tıxac yaranıb. Anoloji hadisələri paytaxtın mərkəzi küçələrində də görürük. Yük maşınları məhdudiyyətlərə məhəl qoymadan günün isitənilən saatında mərkəzi küçələrə çıxaraq hərəkət edirlər. Halbuki şəhərin giriş istiqamətlərində yük maşınlarının günün müəyyən saatlarında şəhərə girişinə qadağa qoyulub. Nəqliyyat Nazirliyi də iki il əvvəl Bakıya iritonnajlı yük avtomobillərinin daxil olmasının tamamilə qadağan edilməsi məsələsini nəzərdən keçirmişdi. Sonda belə qərar qəbul olunmuşdu ki, həmin avtomobillər yalnız axşam saatlarında şəhərə daxil ola bilərlər. Bu addım həm şəhərdə nəqliyyatın hərəkətinə maneə yaratmamaq, həm də yol örtüyünün qorunması məqsədi daşıyırdı. Amma ağır tonnajlı yük avtomobilləri yenə şəhərin mərkəzi küçələrində hərəkət edir və təbii ki, nəqliyyatın hərəkətinə maneələr yaratmaqla bahəm, yol örtüyünü də korlayırlar. Maraqlıdır, bu məhdudiyyətlərin pozulması hallarının qarşısı nədən alınmır?

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, bu məsələni tənzimləmək mümkünsüz məsələyə çevrilib: «Hələ 2007-ci ildə günün müəyyən saatlarında şəhərin mərkəzində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı məsələ ölkə başçısı səviyyəsində vurğulandı. Daha sonra isə səhər saat 8:00-dan axşam saat 21:00-dək şəhərin mərkəzi küçələrində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulması qərara alındı. Amma bu gün şəhərin mərkəzi tikinti meydançasına çevrilib. Buna görə də bu məhdudiyyətin tətbiqində problem var. Digər tərəfdən isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi müəyyən yük avtomobillərinə buraxılış üçün icazə verir. Amma bu da problemin həllinə kömək etmir. Çünkü yalnız xüsusi icazəsi olan yük avtomobillərinin mərkəzi küçələrə buraxılıb-buraxılmamasını da dəqiqləşdirmək lazımdır. Digər tərəfdən şəhərin giriş hissələrinə qoyulan nişanlar da bütün yük avtomobillərinin gırişini qadağan etmir. Məsələn, saxlanılan sürücü deyə bilər ki, mən şəhərdə yaşayıram. Yaxud Neftçilər prospektində saxlanılan sürücü deyə bilər ki, şəhərə gecə girmişəm və indii şəhərdən çıxıram, şəhərə girmirəm. Şəhərdən çıxışa isə heç bir məhdudiyyət yoxdur».

Problemin həllinə münasibət bildirən Ə.Hüseynov deyir ki, dəqiq qrafik tətbiq olunmalıdır: «Tikinti işləri getdiyi halda yük avtomobillərinə tam qadağa qoyulması mümkün deyil. Belə olan halda müəyyən qrafik tətbiq olunmalıdır. Yük avtomobilləri isə yalnız bu qrafik çərçivəsində şəhərə buraxıla bilər. Xüsüsən pik saatlarında onların mərkəzəi küçələrdə hərəkəti məhdudlaşdırılmalıdır». Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh