Bakıda gülməli yol: 10 metrdən bir piyada keçidi var - VİDEO
Bakıda yol hərəkətinin təşkilində olan nöqsanlar sürücü və piyadalar arasında gərginlik yaradır. Avtosfer.az xəbər verir ki, paytaxtın Mir Cəlal küçəsində nizamlanmayan piyada keçidləri silinmədən onlara yaxın yerdə yenidən piyada keçidləri təşkil edilib. Sürücülər yolda hərəkət edən zaman ancaq nizamlanmayan piyada keçidləri ilə qarşılaşırlar. Piyadalar da ləğv olunmuş, lakin silinməmiş piyada zolağından keçir və nəticədə sürüclərlə piyadalar arasında çaşqınlıq yaranır.
Qeyd edək ki, həmin küçə təmir olunduqdan sonra yol diqqətlə müayinə olunmalı və daha sonra yol nişanları və nişanlanma xətləri təşkil edilməli idi. Lakin görünən mənzərə onu göstərir ki, piyada keçidlərini harada və necə gəldi təşkil ediblər və daha sonra məlum olub ki, düzgün yerdə təşkil edilməyib. Həmin piyada keçidləri tam silinmədən bir neçə metr sonra yola yeni nizamlanmayan piyada zolaqları çəkilib.
Qeyd etdiyimiz küçədən çəkilmiş videogörüntünü sizə təqdim edirik.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə reaksiya verib mövcud problemi aradan qaldıracaq.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












