ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə etdi - FOTO

Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.

Avtosfer.az xəbər verir ki, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”, “Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib, onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.

Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT

















