Aeroport işçilərinin məsuliyyətinə dair qanun qəbul edilir

Çərşənbə günü deputatlar Dövlət Dumasına sərnişinlərin hüquqlarının pozulmasına, o cümlədən onlara uçuşlar və cədvəl dəyişiklikləri barədə məlumat verilməsinə görə məsuliyyət nəzərdə tutan qanun layihəsi təqdim edəcəklər.
Avtosfer.az xəbər verir ki, Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların məsələləri komitəsinin sədri Yaroslav Nilov bu barədə danışrkən deyib: “Yaydır, ənənəvi tətil dövrüdür. Hava limanlarında sərnişin axınının artması gözlənilir, lakin vətəndaşlar çox vaxt müəyyən edilmiş norma və qaydalara zidd hallarla üzləşirlər. Məsələn, minik vaxtının başlanması və yeri, onların dəyişdirilməsi barədə vaxtında məlumatlandırılmırlar. Bu da öz növbəsində sərnişinlərin uçuşa gecikməsinə, çox vaxt biletlərin geri qaytarılmamasına səbəb olur”.
Bəzən reysin özü qeyri-müntəzəm, məsələn, həftədə bir dəfə həyata keçirilməsini qeyd edən deputat deyib ki, bu, aşkar narahatlıqlar yaradır: vaxt, pul itirilir, nəticədə əsəblər, tətil və ya işgüzar səfər pozulur.
“Əgər sərnişinləri məlumatlandırmaq vəzifəsi varsa, o zaman bu vəzifənin pozulmasına və yerinə yetirilməməsinə görə məsuliyyət də olmalıdır. Qanun layihəsində belə bir məsuliyyət nəzərdə tutulur”, - deyə Nilov yekunlaşdırıb.
(musavat.com)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












