Alkotesterdən keçmədən maşın işə düşmür – Bu sistem qəzaların sayını azaldacaq? - VİDEO

İsveçdə yaşayan bir türk vətəndaş taksisidə ilk dəfə rastlaşdığı maraqlı bir qaydanı görərək təəccübünü bölüşüb. Onun diqqətini çəkən bu sistem sərxoş vəziyyətdə avtomobil idarə etməyin qarşısını almaq üçün tətbiq olunan tədbirlərdən biri idi. Qaydanın məntiqi və effektivliyi onu o qədər təsirləndirib ki, bunu ictimaiyyətlə paylaşmağı vacib bilib.
Avtosfer.az xəbər verir ki, bu cür qaydaların tətbiqi yol təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Sərxoş sürücülər yalnız öz həyatlarını deyil, həm də digər yol iştirakçılarının təhlükəsizliyini riskə atırlar. İsveç kimi inkişaf etmiş ölkələrdə bu problemin qarşısını almaq üçün müxtəlif texnoloji həllər və qaydalar tətbiq olunur. Bu isə nəqliyyat sisteminin daha təhlükəsiz və nizamlı işləməsinə kömək edir.
Maraqlıdır, bu qayda necə işləyir və sürücülərə hansı formada təsir edir? Belə tədbirlərin digər ölkələrdə də tətbiq olunması yol qəzalarının qarşısını almaq üçün effektiv ola bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamında bildirib ki, belə bir sistem Azərbaycanda tətbiq edilsə, müsbət olardı:
“Bəri başdan sürücü avtomobilə əyləşərkən alkoqolun qanındakı miqdarını ölçər, sonra isə avtomobili idarə edər. Bu sistem həm anlaşılmazlıqların qarşısını alardı, həm də qəzaların sayını azaldardı. Lakin inanmıram ki, belə bir sistem Azərbaycanda tətbiq edilsin”.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












