Aviasiya sahəsində canlanma

Dünya üzrə aviadaşımalarla bağlı ötən il verilmiş proqnoz özünü doğrultdu. Artıq təyyarədən istifadə edən sərnişin sayı pandemiyadan əvvəlki göstəricini qabaqlayıb. Turizm mövsümünün başlaması ilə aviasiya nəqliyyatına tələbat da artıb. Lakin hər şey rəvan getmir. Aeroportların və aviadaşıyıcıların kifatyət qədər problemi var.
Avtosfer.az xəbər verir ki, koronavirus pandemiyası və ondan sonrakı il beynəlxalq aviasiya üçün çox ağır oldu. Təyyarə reyslərinin dayandırılması şirkətləri milyonlarla dollar zərərə saldı. 2022-ci ildə daxili, 2023-cü ildə isə beynəlxalq reyslərdə sərnişin sayı hiss ediləcək dərəcədə artdı.
Bu il isə vəziyyət ümumiyyətlə dəyişib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) statistikasına görə, may ayında aviadaşımalarda 11% artım qeydə alınıb. Hava gəmilərinin doluluq səviyyəsi 84% olub. Bu da aviaşirkətlərin rentabelliliyinin göstəricisidir. Ümumilikdə isə daşınan sərnişin həcmi 2019-cu ildəkinin 105%-i səviyyəsində olub. Bu rəqəmlərdən çıxış edən İATA 2024-cü il üçün daha cəsarətli proqnoz verib. Proqnoza görə bu il 2019-cu ildəkindən 500 min nəfər daha çox – 5 milyard nəfər sərnişin daşınması gözlənilir. Sektorda il ərzində 8,5% böyümə qeydə alınıb.
Problemlər isə yenə də koronavirus pandemiyasından qalmış məsələlərlə əlaqədardır. Bunların birincisi sifariş verilmiş təyyarələrin çatdırılmasındakı ciddi gecikmələrdir. Aviaşirkətlər illər əvvəl sifariş etdikləri hava gəmilərini vaxtında təhvil ala bilmirlər. Buna görə də, sərnişin sayı ilə boş təyyarə sayı tərs mütənasib olur. İkinci problem Avropa və Amerika hava limanlarında xroniki hal alan gecikmələrdir.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












