Aviasiya şirkətlərinə nə mane olur?

Aviasiya sektorunda qlobal səviyyədə vəziyyət kifayət qədər yaxşıdır. Sərnişin qıtlığı yoxdur. Bu yay aeroportlarda sərnişin sıxlığının yüksək həddə olacağı göslənilir. Bir sözlə, gəlir problemi yoxdur. Lakin medalın başqa üzü də var. Aviasiya sektorunun görünməyən çətinlikləri hansılardır?
Avtosfer.az xəbər verir ki, aviadaşıyıcılar bu ilə optimist nəzərlə yanaşırlar. Bu günlərdə Dubayda toplanan böyük aviaşirkət rəhbərləri belə qənaətə gəliblər ki, 2024-cü ilin post-pandemiya dövründə ən gəlirli il olacaq. Müştəri qıtlığı yoxdur, uçuş məhdudiyyətləri azdır, təyyarə biletləri baha olsa da, təyyarələr dolu hərəkət edir. Aviaşirkətləri narahat edən də məhz yay turizmi mövsümündə maksimum sərnişin daşıyaraq mənfəət əldə etməkdir. Lakin şirkətlərin çoxu bu qədər böyük axını qarşılamaq gücündə deyil. əsas səbəb texniki təchizatla bağlıdır. Çünki əsas istehsalçılar olan Boeing və Airbus hazır təyyarələrin müştərilərə çatdırılmasını gecikdirir. Aviasiya mühərriklərində nasazlıqlar baş verir, təchizatçılar isə təyyarə istehsalçılarını xammalla vaxtında təchiz etmirlər.
Aviadaşıyıcılar ötən ili də kifayət qədər böyük mənfəətlə başa vurublar. Birləşmiş Ərəb Əmirliklərinin təyyarə şirkətləri 2023-cü ili 5 milyard dollar mənfəət əldə ediblər. Eyni dövrdə ABŞ şirkətlərinin mənfəəti 8 milyard dollara çatıb. Avropada bəzi şirkətlər isə ötən ili ziyanla başa vurub.
Hazırda aviadaşıyıcıları bir məsələ maraqlandırır: gələn həftədən kütləviləşəcək sərnişin axınını qarşılamağa imkan verən texnikaya sahib olmaq və yayda maksimum mənfəət əldə etmək. Nəticə oktyabrda məlum olacaq.
Vüqar
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










