Avropa yanacağı da mühərriki sıradan çıxara bilər

Azərbaycanda keyfiyyətsiz yanacaqla bağlı müzakirələrə demək olar hər ay şahidlik edirik: ya kiminsə avtomobilinin mühərriki yanacağa görə sıradan çıxır, ya yanacaq əksil verilir və s.
Avtosfer.az autoplus.fr saytına istinadla xəbər verir ki, problem Avropada da mövcuddur. Qitədə yanacaq baha olduğu üçün bəzi yanacaqdoldurma məntəqələri fırıldaqla məşğuldur. Onlar nisbətən aşağı qiymətə yanacaq təklif edərək müştəri cəlb edirlər.
Formal olaraq hər şey qaydasındadır. Vicdanlı satıcı da 20% ƏDV ödəyir, vicdansız da. Lakin vicdansızlar yanacağa su və ya aşağı keyfiyyətli neft məhsulu qatırlar.
Digər üsul isə Avropada “qırmızı yanacaq” deyilən dizelin satılmasıdır. Söhbət soba üçün nəzərdə tutulan yanacağın avtomobil yanacağı adı altında satılmasıdır. Bu yanacağa vergi tətbiq edilmədiyi üçün maya dəyəri ucuzdur.saxta yanacağa görə hər il Avropa ölkələrində büdcədən milyonlarla vəsait yayındırılır. Cinayət olsa da, bəzi işbazlar saxta yanacaqla pul qazanırlar. Nəzarətin zəif olduğu Cənubi Avropa ölkələrində vəziyyət daha ağırdır. Xüsusən də İspaniyada. Şərqi Avropada da oxşar vəziyyətdir. Hökumətlər əksər hallarda vəziyyətə müdaxilə edə bilmir.
Dövlətlə yanaşı vətəndaşlar da bu problemdən əziyyət çəkirlər. Belə ki, keyfiyyətsiz yanacağa görə mühərriki sıradan çıxan avtomobillərin sayı kifayət qədərdir.
Azərbaycandan Avropaya və əksinə yük daşıyan avtomobillərin də belə problemlə qarşılaşacağı istisna deyil.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












