Avtobus zolağında hərəkət etməyin və dayanmağın cəriməsi yoxdur - BU ŞƏRTLƏ - FOTO

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti üçün paytaxtın küçə və prospektlərində zolaqlar təşkil edilir. Avtosfer.az xəbər verir ki, bəzi küçələrdə avtobus zolağı nişanı (5.9 nişanı) qüvvədə olma lövhəciyi ilə birgə (7.5.4 lövhəciyi) quraşdırılır. Həmin lövhəcikdə qeyd olunmuş saatlar istisna olmaqla digər saatlarda sürücülərin avtobus zolağında hərəkəti qaydalar çərçivəsindədir.
Bəs avtobus zolağının qüvvədə olmadığı saatlarda həmin zolaqda dayanma-durmaya icazə var?
Qeyd edək ki, lövhəcikdə göstərilən saatlardan kənar vaxtda avtobus zolağı öz statusunu itirir. Belə olan halda avtobus zolağı ilə bağlı bütün məhdudiyyətlər də öz qüvvəsini itirir. Bu səbəbdən lövhəcikdə göstərilən saatlardan kənar vaxtda həmin zolaqda dayanma-durma ilə bağlı sürücülərə heç bir cərimə tətbiq edilə bilməz.
Könül Rauf
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












