Avtomat transmissiya üçün ucuz yağlar – SÜRÜCÜ NƏ QƏDƏR “İRƏLİ DÜŞÜR”? - ARAŞDIRMA - FOTO

Keyfiyyətsiz istismar mayeləri problemi dünyanın bir çox ölkəsi üçün aktualdır. Bəzi istismar mayelərinin keyfiyyətsizliyi istifadəyə başladığı andan ortaya çıxır. Məsələn, aşağı keyfiyyətli yanacaq doldurulduqdan cəmi bir neçə dəqiqə sonra avtomobilin sürətlənməsi pisləşir, detonasiya baş verir, sərfiyyat artır, tüstü yaranır və s. Başqa yanacaqdoldurma məntəqəsindən yanacaq aldıqda problem qismən aradan qalxır.
Lakin digər mayelərlə bağlı bunu söyləmək mümkün deyil. Məsələn, avtomat transmissiya yağının keyfiyyətsizliyi dərhal hiss edilmir. Bunun üçün azı 150-200 km qət etmək, isti və ya şaxtalı havada sürmək lazım gəlir. Yalnız bu zaman sürücü ötürmənin təkanla dəyişdiyini, sürətlənmənin pisləşdiyini hiss edə bilər. Bəzi zərərləri isə hiss etmək mümkün olmur.

Avtosfer.az xəbər verir ki, Azərbaycan bazarında keyfiyyətsiz avtomat transmissiya yağları kifayət qədər çoxdur. 10-15 il əvvəl bu tip ötürməyə malik avtomobillər az olduğundan saxta yağlar yox səviyyəsində idi. İndi isə vəziyyət dəyişib.
Bazara nəzər yetirdikdə 1 litri 5-15 manat arası dəyişən avtomat transmissiya yağlarına rast gəlmək olur. Bir müqayisə edək: yüksək keyfiyyətli benzinin 1 litri 2 manat olduğu təqdirdə yaxşı yağın qiyməti 5 manat ola bilərmi? Nəzərə alaq ki, benzin çənlərdə min tonlarla topdan alınaraq idxal olunur. Yəni, böyük pul tələb edən qablaşdırma zərurəti yaranmır. Avtomat transmissiya yağların isə adətən 1 litrlik (xüsusi hallarda 20 litrlik) qablarda qablaşdırılır. Benzinlə müqayisədə onların istifadəsi Xəzər dənizində 1 damla qədər də deyil. Ən əsası, yağın sintezi benzindən daha çətindir. Bunun üçün çox sayda aşqar tələb olunur.
Ucuz yağların üzərində onun bütün tip avtomatik ötürmələr üçün yararlı olduğu göstərilir. Bəs reallıq necədir?
Təxminən 20 il əvvələdək sadə sxemli avtomatik ötürmələr geniş yayılmışdı. Sonradan obrazlı desək müxtəlif “tronik”lər ortaya çıxdı. Bunlar ilk nəsil avtomat ötürücülərdən fərqli olaraq elektronlaşıb. Aşağı keyfiyyətli yağ ola bilsin köhnə nəsil transmissiyada ciddi problem yaratmaya bilər (hərçənd ki, buna heç kim zəmanət vermir). Lakin elektron sistemli, robotlaşmış sürət qutularında, pilləsiz transmissiyalarda bunu demək mümkün deyil.
Məsələn, bir müqayisə aparaq. Rəsmi dilerdə “Toyota WS” avtomat transmissiya yağların 1 litri 27 manata təklif edilir. Bu yağın həm ABŞ, həm də Avropada satışına icazə verilir.

Avtomat transmissiya daha yüksək temperaturda – 140 dərəcə Selsidə işləyir. Keyfiyyətli yağ bu rejimdə həm yağlamanı, həm də təzyiqi təmin etməlidir. Benzin qiymətinə olan yağ bu iş rejiminə davam gətirə bilərmi? Cavab məlumdur.
Son 10-15 ildə istehsal edilmiş avtomobillərə standarta və sürət qutusunun tipinə uyğun olmayan yağın tökülməsi aqreqatın ömrünü azaldır, sürücünü isə əlavə xərcə salır. Nəzərə alaq ki, avtomatik ötürmələr qutusunun, xüsusən də son modellərin təmirə yararlılığı azdır. Çox vaxt nasazlıq yarandıqda bu aqreqatı ataraq yenisi ilə əvəzləmək lazım gəlir.
Qurğunun sıradan çıxmasında keyfiyyətsiz yağın rolu danılmazdır. Burada texniki cəhətdən anlaşımayan heç nə yoxdur: keyfiyyətsiz yağ yüksək temperaturda zəruri yağlamanı təmin edə bilmir. Sürtünmə artdığı üçün aşınma çoxalır və bir müddət sonra filtr tıxanır, yağlanma pisləşir. Nəticəsi də məlumdur.
Bir yağ dəyişmədə 50-60 manata qənaət etmək sürücünü bir müddət sonra 1000 manat və daha çox ziyana sala bilər. Nəzərə alaq ki, bu xərclərin heç birini sığorta və ya zəmanət qarşılamır.
Vüqar Yaşaroğlu
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










