Avtomobil idarə edərkən yüksək səslə musiqi dinləmək qəzaya səbəb ola bilər? – ARAŞDIRMA

Avtomobil sürərkən yüksək səslə musiqi dinləmək sürücülər üçün xoş və hətta motivasiyaedici görünə bilər. Lakin aparılan araşdırmalar göstərir ki, bu vərdiş yol hərəkəti təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin apardığı tədqiqatlar sübut edir ki, yüksək səsli musiqi sürücünün reaksiya müddətini təxminən 20% azaldır. Bu isə qəfil yaranan təhlükəli vəziyyətlərə qarşı sürücünün daha gec reaksiya verməsi deməkdir.
Məsələn, yolda qəfil maneə ilə qarşılaşdıqda və ya qəfil əyləc etmək lazım gəldikdə, yüksək səsli musiqi səbəbindən sürücünün qərar vermə sürəti azalır ki, bu da qəzaya düşmə ehtimalını yüksəldir.

Digər bir araşdırma xüsusilə gənc sürücülərin yüksək səslə musiqi dinləyərkən sürət həddini daha çox aşdığını və yol hərəkətində aqressiv davranışlar nümayiş etdirdiyini ortaya qoyub. Belə hallarda sürücülər riskli manevrlər edərək nəqliyyatın digər iştirakçıları üçün də təhlükə yaradırlar.
Bundan əlavə, Böyük Britaniyanın “The Royal Automobile Club Foundation for Motoring” vəqfi (RAC Fondu) tərəfindən aparılan araşdırmaya görə, avtomobil idarə edərkən musiqi dinləyən sürücülərin qırmızı işıqda keçmə ehtimalı digər sürücülərə nisbətən iki dəfə çoxdur. Bu isə qəzaların sayının artmasına birbaşa təsir edən amillərdən biridir.
Mütəxəssislər sürücülərə yolda olduqları zaman musiqi səsini məqbul səviyyədə saxlamağı tövsiyə edirlər. Unutmayın ki, yüksək səsli musiqi təkcə sizi deyil, həm də digər yol hərəkəti iştirakçılarını təhlükəyə ata bilər. Təhlükəsizliyiniz üçün diqqətli olun.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












