Avtomobildə qida saxlamaq təhlükəlidir? - AQTA-dan AÇIQLAMA - VİDEO

Bəzi sürücülər müəyyən səbəblərdən yolüstü - avtomobildə qidalanmağa məcbur olurlar. Onlar adətən paket məhsullara, yaxud hazır bişmiş yeməklərə üstünlük verirlər. Bəzən alınan qida məhsulları uzun zaman nəqliyyat vasitəsində saxlanılır və xüsusilə yay aylarında günəş şüalarının təsirinə məruz qalır.
Avtosfer.az xəbər verir ki, məsələylə bağlı “AvtoFM” radiostansiyasının efirində yayımlanan "Faydalı saat" verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev maarifləndirici fikirlər səsləndirib: “Bəzi sürücülərimizin iş şəraiti elədir ki, onlar günün müxtəlif saatlarında iş başında qidalanmağa məcbur olurlar. Ona görə də marketlərdən, yaxud kafe və restoranlardan məhsul alaraq onu avtomobildə saxlayırlar. Lakin hava şəraiti (isti və soyuq), temperatur rejimi və ya məhsulu saxlama rejimiylə əlaqədar qayda və tələblər bəzən pozulur. Təəssüf ki, bu halda saxlanılmış məhsul təhlükəli qida məhsuluna çevrilə bilər. Ona görə də mütləq şəkildə həmin qidalardan istifadə edən sürücülər həm temperatur rejiminə, həm də saxlanma şəraitinə diqqət etməlidirlər. Bəzən də sürücülərin qida məhsulunu günəş şüalarının birbaşa məruz qaldığı hissənə - avtomobilin arxa şüşəsinə qoyduğunu görürük. Təbii ki, bu halda da məhsul insan sağlamlığı üçün təhlükəyə çevrilir. Sürücülərdən xahişimiz budur ki, qeyd etdiyim məsələyə ehtiyatlı olsunlar və sağlıqlarının keşiyində dursunlar”.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












