Avtomobillərdə şüşəsilən necə icad olundu? – Tarixi kəşfin maraqlı hekayəsi - FOTO

Bugünkü avtomobillərdə əsas təhlükəsizlik elementlərindən biri olan ön şüşə silgisi ilk dəfə 1903-cü ildə Mary Anderson adlı bir qadın tərəfindən ixtira edilib. Onun bu sadə, lakin önəmli kəşfi illər sonra bütün dünyada standart avtomobil avadanlığına çevriləcəkdi.
Avtosfer.az-ın məlumatına görə, hadisələr Nyu-York şəhərində qarlı bir gündə baş verib.
1903-cü ilin qışında Meri Anderson Nyu-Yorka səfər edərkən, sulu qar yağışı zamanı tramvay sürücüsünün pəncərənin buğlanması və çirklənməsi səbəbilə ön şüşə açıq şəkildə idarə etdiyini gördü. Bu vəziyyət təhlükəsizliyi sual altına atırdı. Səfərdən sonra, o, yaşadığı Alabama ştatına qayıtdı və bu problemi həll etmək üçün xüsusi bir mexanizm hazırlamağa qərar verdi.

Anderson avtomobillərin ön şüşəsini təmiz saxlamaq üçün əl ilə idarə olunan bir şüşəsilən mexanizmi dizayn etdirdi. Bu mexanizm, avtomobilin içərisində yerləşən bir qol vasitəsilə işləyirdi və yaylı qollu silgi ön camın üzərində irəli-geri hərəkət edirdi. Silginin üzərindəki ağırlıq isə şüşə ilə silgi arasındakı təmasın stabil qalmasını təmin edirdi.
Bu yenilikçi ideya üçün Anderson 1903-cü ildə 17 illik patent hüququ aldı. Onun hazırladığı sistem, öncədən mövcud olan oxşar qurğulardan fərqli olaraq, ilk real funksional və təsirli sistem hesab olunurdu.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












