AZAL ictimaiyyətə müraciət edib

Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.
Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.
“Azərbaycan Hava Yolları” ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.
Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












