Reklam

Azərbaycanda aviabiletlər ucuzlaşa bilər - Mühüm detallar açıqlandı

Öyrənək 5 İyun 2024 14:32 Oxunub 398
Azərbaycanda aviabiletlər ucuzlaşa bilər - Mühüm detallar açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir müddət əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə daha sərfəli səyahət variantları təklif etmək üçün yeni aviaşirkətlərin, xüsusilə də aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması istiqamətində işlərin aparıldığı ilə bağlı məlumat yayıb. Həmçinin yaxın zamanda regional hava limanlarından yeni reyslərin açılması gözlənilir.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə əlaqə saxladıq. Aeroportun rəsmisi Nərmin Xəlilova bildirib ki, prosesin başlaması, istiqamət və qiymətlər aviaşirkətlərdən asılı faktordur:

“Bizim işimiz danışıq aparıb, təklif verməkdir. İstiqamət üzrə təkliflər verilib. Bu, həm də aviaşirkətlərin maraqları çərçivəsində olmalıdır. Razılıq əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək”.

N. Xəlilova bilet qiymətlərinin tənzimlənməsi məsələsi ilə bağlı danışıqların aparıldığını qeyd etdi.

Eskpertlər hesab edirlər ki, regional hava limanlarından yeni reyslərin açılması aviabiletlərin qiymətinə təsirsiz ötüşməyəcək.

Məsələyə münasibət bildirən turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması böyük üstünlükdür:

“Bu məsələ üzərində daha da çalışmaq lazımdır. Ölkəmizin turizm sahəsində geniş potensialı var. Başqa məsələ isə Azərbaycana turist gəldiyi kimi, vətəndaşlarımız da bu vasitə ilə rahatlıqla hansısa ölkəyə gedə bilərlər. Yəni əhali daha münasib qimətə səyahət edə biləcək. Bütün hallarda regional hava limanlarından yeni reyslər açılması həmin regionlarda gənclərin aktiv fəaliyyətinə, yeni iş yerlərinin açılmasına və yaxud turizm imkanlarının genişlənməsinə səbəb olacaq”.

Ekspert qeyd edib ki, xaricdən gələn turistlərin birbaşa regionlara getməsi müştəri məmnuniyyəti ilə yanaşı, bir sıra sahələrin inkişafına da təkan verəcək:

“Bütün bunlar ticarət, hotel, restoran, nəqliyyat kimi sahələrin inkişafına səbəb olacaq. Həmçinin regionlarda sosial-iqtisadi inkişafa gətirib çıxaracaq. Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. Digərləri də açılmaqdadır. Hesab edirəm ki, turist axını ölkə iqtisadiyyatı üçün müsbət haldır”.

(publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh