Azərbaycanda birhəftəlik körpəni küçəyə atdılar - YENİLƏNİB
"Park ərazisində aşkarlanan birhəftəlik körpənin həyatı üçün təhlükə yoxdur".
Avtosfer.az xəbər verir ki, bunu oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib.
Onun sözlərinə görə, ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yenidoğulmuş körpə (oğlan uşağı) aşkar ediblər.
"Polis əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər. Vaxtında görülən tədbirlər nəticəsində onun həyatı xilas edilib. Daha sonra körpə polislər tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".
***
11:06
Bakıda birhəftəlik körpəni küçəyə atıblar. Avtosfer.az-ın məlumatına görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində küçəyə atılan körpə polis əməkdaşları tərəfindən tapılaraq körpələr evinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz












