Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Zaqatala rayonunda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək.
Avtosfer.az xəbər verir ki, ölkə başçısının 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası ilə əlaqədar Zaqatala şəhərində bir ədəd "ASAN xidmət" avtobusu vasitəsilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir.
Bu proses 2025-ci il yanvarın 1-nə kimi davam edəcək. Belə ki, 1 yanvar 2025-ci il tarixdən sonra müraciət edən vətəndaşlar çıxarışların əldə edilməsi üçün ən azı 236 manat ödəməli olacaqlar.
Hazırda rayonun müvafiq təşkilatları, xüsusən yerli bələdiyyə və icra orqanları, sakinlərin bu fürsətdən yararlanmaları üçün maarifləndirmə işi aparırlar.
(bizim.media)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












