Bakı funikulyorunda da gediş haqqı artıb? - RƏSMİ AÇIQLAMA

İyul ayının 1-dən ictimai nəqliyyatda gediş haqları artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tariflər yenilənib, şəhərdaxili avtobuslarda və metro nəqliyyatında gediş haqqı 50 qəpik müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, paytaxtda Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyorudur.
Cəmi iki stansiya, "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gediş haqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətdə artım yoxdur:
"Hazırda funikulyorda 1 nəfər üçün gediş haqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil".
Qeyd edək ki, funikulyor 64 ildir, fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir. Vaqonlar hər 10 dəqiqədən bir yola düşür.
(bizim.media)
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ












