Bazar günü və axşam saatlarında “AzParking”dən istifədəyə ehtiyac varmı? - AÇIQLAMA - VİDEO

Sürücülər parklanma yerlərində dayanan zaman "AzParking" mobil tətbiqi ilə və ya SMS vasitəsilə müddətin başladılmasını aktiv etməlidirlər. Bunu etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346-1.1 maddəsilə 20 manat məbləğində cərimə oluna bilərlər.
Avtosfer.az xəbər verir ki, ödənişli parklanma yerlərində axşam saat 22:00-dan səhər saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Bəs ödəniş tələb olunmadığı vaxtlarda dayanma müddətinin başladılması aktivləşdirilməlidirmi?
Sürücülərə qaranlıq qalan bu məsələyə AYNA-nın mətbuat katibi Tural Orucov aydınlıq gətirib. O bildirib ki, axşam saat 22:00-dan səhər 07:00-dək, həmçinin həftənin bazar günləri parklanma tam ödənişsiz olduğu üçün müddətin başladılması ilə bağlı "AzParking" mobil tətbiqini aktivləşdirməyə ehtiyac yoxdur.
Nəzərə almaq lazımdır ki, bu qaydalar yalnız yerüstü parklanma nöqtələrinə aiddir. Yeraltı parkinqlərdə qaydalar dəyişmir. Yəni hansı saatdan və ya hansı gündən asılı olmayaraq yeraltı parkinqlərdə qiymət mövcud taariflərə uyğun hesablanır və ödəniş tələb olunur.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












