BŞİH müdaxilə etdi, tarixi binada təmir işləri dayandırıldı - FOTO

Bakının Səid Rüstəmov küçəsində yerləşən tarixi binada aparılan təmir işləri zamanı nöqsanlara yol verilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda təmir zamanı binanın tarixi görkəminə zərər vurulduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı qafqazinfo Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə BŞİH-də yaradılmış xüsusi Komissiya tərəfindən aparılan monitorinqlər davam etdirilir:
“Yasamal rayonu Səid Rüstəmov küçəsində yerləşən tarixi binada aparılan təmir işləri dayandırılıb. Buna səbəb, təmir-bərpa işləri aparılan zaman nöqsanların olub-olmamasını araşdırmaqdır. Mütəxəssislərin rəyindən sonra müvafiq qərar veriləcək”.
Qeyd edək ki, sözügedən binanın 1911-ci ildə inşa edildiyi bildirilir.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














