Bu avtobus xəttindən şikayət var - AYNA-dan CAVAB

Paytaxtda marşrut avtobuslarının problemlərindən biri də intervaldır. Sərnişinlər səhər və axşam saatlarında bəzi avtobusları yarım saat və daha çox gözləyirlər. Hər keçən dəqiqə dayanacaqda insan sayı artdığından avtobusda sıxlıq yaranır. Şəhərdaxili avtobuslarda kondisionerlər quraşdırılsa da, sərnişin çoxluğundan, istidən ayaq üstə yol getmək dözülməz olur.
Avtosfer.az xəbər verir ki, belə marşrut avtobuslardan biri Bakı Beynəlxalq Avtovağzalı - Nərimanov rayonu marşrut xətti üzrə hərəkət edən 2 nömrəli avtobusdur.
Sərnişinlər sözügedən marşrut avtobusunu hər gün pik saatlarda 40 dəqiqədən çox gözlədiklərini deyirlər. Xatırladaq ki, yay ayları olduğu üçün Bakıda çalışan işçilərin bir qismi məzuniyyətə, tələbələr isə tətilə çıxıblar. Üstəlik, iyun ayının 30-u ictimai nəqliyyatda gediş haqlarının artırılması keyfiyyətin və rahatlığın təminatına xidmət etməli idi. Görünən odur ki, payızda durum bundan da pis olacaq.
Bəs marşrut avtobuslarının intervalının həddən artıq çox olmasına səbəb nədir? 2 nömrəli marşrut xəttində avtobusların sayı artırıla bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) cavab olaraq bildirilib ki, adıçəkilən avtobusun intervalı 6-7 dəqiqədir:
"2 nömrəli marşrutda sərnişin tələbatına uyğun olaraq mütəmadi 20 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur".
(bizim.media)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












