Bu avtomobili söküb yığmaq çay dəmləməkdən daha tez başa gəlir – “Willys MB” - FOTO

İkinci Dünya müharibəsi dövründə ABŞ ordusu sürətli, yüngül və dözümlü maşınlara ehtiyac duyurdu. Bu zərurətdən yaranan “Willys MB” modeli hərbi cip kimi tanındı və döyüş meydanlarında əsgərlərə böyük kömək göstərdi.
Avtosfer.az xəbər verir ki, bu “off-road” avtomobili o qədər sadə və funksional dizayn edilmişdi ki, təyyarədən paraşütlə atıldıqdan sonra cəmi 4 dəqiqəyə söküb yenidən yığmaq mümkün idi.

Ciplərin kütləsi 900-1000 kq arasında dəyişirdi və əlavə avadanlıqları yox idi. Bu sadəlik onların qısa müddətfə təmir edilməsini və istifadəsini asanlaşdırırdı. Əsgərlər müəyyən plana əsasən hərəkət edərək, “off-road”u hissələrə ayırır və yenidən yığırlar. Kapot, alın şüşəsi, oturacaqlar, təkərlər və hətta mühərrik belə sürətlə sökülüb quraşdırıla bilirdi.
Müasir avtomobillər texnoloji cəhətdən daha inkişaf etsə də, onları bu qədər tez sökmək və yığmaq demək olar ki, mümkün deyil. Sensor ekranlar, avtonom sürüş sistemləri və digər mürəkkəb mexanizmlər avtomobilləri daha rahat etsə də, sadəlik və funksionallıq baxımından keçmişin cip xatirələrini unutdurur.
“Willys MB”nin uğurlu dizaynı onu tarixdə ən çox istehsal edilən hərbi nəqliyyat vasitələrindən birinə çevirdi. Təxminən 1,5 milyon ədəd istehsal edilmiş bu “off-road” həm döyüş meydanında, həm də müharibədən sonra mülki həyatda geniş istifadə olundu.
Müasir dövrdə avtomobil texnologiyaları sürətlə inkişaf etsə də İkinci Dünya müharibəsi “off-road” avtomobilinin sadəliyi və funksionallığı hələ də heyranedicidir. Bu, texnologiyanın necə dəyişdiyini, lakin bəzi dizaynların zamanla klassikə çevrildiyini göstərən gözəl bir nümunədir.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR












