Bu avtomobillərə yeni formada şəhadətnamə veriləcək - SƏBƏB

“Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin formasının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə şəhadətnamələrin yeni formada verilməsinə başlanılıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə” beynəlxalq daşımalar üçün də keçərli olub.
Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinliklər yaranırdı. Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyat vasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalq daşımaya uyğun şəhadətnamə tələb edilirdi. Nəticədə ixrac və ya idxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə beynəlxalq daşınması Azərbaycan Respublikasının daşıyıcıları tərəfindən deyil, Sazişə qoşulmuş digər ölkələrin şirkətləri tərəfindən həyata keçirilib.
"Beləliklə, şəhadətnamənin yeni forması yuxarıda qeyd olunan problemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalq saziş arasındakı uyğunsuzluğu aradan qaldırır, eyni zamanda yerli daşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır və yeni iş imkanları yaradır", - məlumatda qeyd olunub.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












